• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Məktəbli ölümləri artır: Kimi günahlandıraq?

CƏMİYYƏT

23 Yanvar 2024 | 12:06 | Müəllif: Qalib İbrahimoğlu

Məktəbli ölümləri artır: Kimi günahlandıraq?

Gəncədə məktəbli bıçaqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin qarşısında qeydə alınıb. Belə ki, həmin məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə bıçaqlanıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F.Şabanov saxlanılaraq istintaqa təqdim edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bu gün baş verən hadisə ölkəmizdə artmaqda olan məktəbli ölümlərini yenidən gündəmə gətirib.

Qeyd edək ki, dünən Deputat Kamilə Əliyeva Milli Məclisdə məktəbli ölümləri ilə bağlı dinləmələrin keçirilməsini təklif edib. O, məktəbli uşaqlar arasında ölüm hallarının artmasına diqqət çəkib. Bildirib ki, burada əsas məsələlərdən biri məktəb psixoloqlarının fəaliyyətidir.

Tibb elmləri doktoru, professor Adil QeybullaBakıvaxtı.az-a bildirib ki, istənilən situasiyada hər bir ölüm halı ayrıca dəqiqləşdirilməlidir.

Onun sözlərinə görə, çox təəssüflər olsun ki, bizdə bu məsələdə hələ də soyuq yanaşılır: “Bu, xüsusilə də ölən admın yaxınlarına aiddir. Çünki onlar ölən şəxsi təşrih olunmasına icazə vermirlər. “Həmin şəxsə əziyyət verməyək” kimi versiyalar ortaya ataraq işə mane olurlar. Hüquq mühafizə orqanları bu məsələyə bir az loyal yanaşdığı üçün belə hallarda çox şeyin əsas səbəbinə vara bilmirik”.

A.Qeybullanın fikrincə, məktəbli ölümlərinin nədən baş verdiyini araşdırmasaq, onunla mübarizə apara bilmərik:

“Bu cür ölümlər suisid xarakter daşıyır. Hansısa xəstəliklə, genetik faktorla bağlı ola bilər. Bütün bunlar araşdırılmalıdır. Bu da ancaq Məhkəmə Tibbi Ekspertizasının rəyi ilə mövcuddur. Hesab edirəm ki, bu məsələdə insanların rəyindən daha çox hüququ əsas götürməliyik”.

Təhsil eksperti Elçin Süleymanov Bakıvaxtı.az-a açıqlamasında şagird ölümlərinin psixoloji tərəflərinə diqqət çəkib. Bildirib ki, burada ilk növbədə valideylərə iş düşür:

“Valideylər mütləq uşaqlarının sosial-psixoloji vəziyyəti ilə maraqlanmalıdırlar. Ən çox intihar edən uşaqlar, dağılmış ailələrin övladları, diqqət əskikliyi görən aqressiv uşaqlar olur. Aqressiya müxtəlif internet oyunlarından, narkotik kimi zərərli vərdişlərdən də yarana bilir.

Burada valideylərə də, məktəblərə də iş düşür. Məktəblərdə psixoloqlar intihara meyilli olanları aşkarlayıb, onlarla profilaktik tədbirlər aparmalı, onların valideyləri ilə görüşməlidir. İntiharların bir başqa səbəbi isə imtahan stressi olur. Bəzən qəbul imtahanında arzu etmədiyi balı yığmayan tələbə özünə qəsd edir. Buna da səbəb şagirdlərin yarış psixologiyasına salınması, stresslə yüklənməsidir.

Valideynlər övladlarının imtahan nəticəsini çox əhəmiyyətli dərəcədə şişirtməməlidir”.

E.Süleymanov qeyd edib ki, əvvəl məktəb psixoloqlarının sayı az olsa da, son illər artıb:

“Son illərdə Nazirlər Kabinetinin dəyişikliyinə əsasən məktəblərdə hər 500 şagirdə bir psixoloq düşür. Dolayısı ilə həmin şagirdlər arasında problemi olan, aqressiv intihara meyilli olan 2-3 şagird ola bilər. Onlar nəzarətdə saxlanılmalıdır. Xüsusil şagirdlərin emosional olaraq aktiv olduğu yeniyetməlik dövründə diqqətə, qayğıya ehtiyacları çox olur. Bunu həm valideyn, həm məktəb düşünməlidir”.

Təhsil eksperti Elşən Qafarov isə Bakıvaxtı.az-a ölən uşaqların sırf məktəbli olduğu üçün onların ölümlərinin məktəblərlə əlaqələndirilməsinin yanlış olduğunu bildirib:

“Hər bir uşağın ölümü ilə bağlı araşdırma aparılmalıdır. Məsələ araşdırılmadan məktəb müəllimini, psixoloqunu, pedoqoji kollektivi günahlandırmaq absurddur. Hər bir ölüm fərdidir. Araşdırma ilə əsas səbəbi müəyyən edib ictimaiyyətə bu haqda məlumatlandırmaq lazımdır. Bu işi fərziyyələrə buraxmaq olmaz”.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026