• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Məşhur rəqqas intihara cəhd edib? - YENİLƏNİB - FOTO

CƏMİYYƏT

24 Noyabr 2023 | 14:53

Məşhur rəqqas intihara cəhd edib? - YENİLƏNİB - FOTO

Tanınmış rəqqas Ramil Həsənov (Qasanov) intihara cəhd etməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə açıqlama verən rəqqas intihar cəhdinin olmadığını bildirib:

“Hər şey qaydasındadır. İntihara cəhd etməmişəm. Sadəcə olaraq, kənardan elə görünüb. İntihara cəhd belə olmayıb. Kəskin öskürəyimə görə antibiotik qəbul etdim. Bədənimə əks-təsiri oldu”.

R.Həsənov paylaşımı özünün sildirdiyini söyləyib:

“Antibiotik halımı pisləşdirmişdi. Qardaşım çox qorxub. İşçim zəng edəndə qardaşım telefonu açıb. Vəziyyətimi ona bildirib. O da deyib ki, “Bir-iki saat öncə də mənimlə danışmışdı, halallıq istədi”. Bu səbəbdən işçim elə paylaşım edib. Yanlış anlaşılıb. Bizim aramızda halallıq zarafatı var idi. Çünki bir neçə problemim var idi. Bu səbəbdən intihar edəcəyimi düşünüb. Lakin belə bir hal olmayıb. Özümə gələndən sonra paylaşımı sildirdim. Dedim ki, bu nədir, paylaşmısınız?”

Rəqqas hazırda vəziyyətinin yaxşı olduğunu vurğulayıb:

“Maraqlandığınız üçün təşəkkür edirəm. Şükürlər olsun ki, hər şey yaxşıdır. Hazırda yayılan qripə yoluxmuşam. Kəskin öskürəyim var idi. Antibiotik qəbul etdim ki, sağalım. Məni daha da pis hala saldı. Mədəm yuyulub. Ciddi bir xəstəliyim yoxdur”./Oxu.az

***

13:46

Tanınmış rəqqas Ramil Qasanovun intihara cəhd etməsi ilə bağlı məlumatlar yayılıb.

Bakıvaxtı.az yazır ki, sənətçinin  səhifəsində bu barədə paylaşım edilib və silinib.  Hekayə bölməsindəki silinən yazılarda isə qeyd olunub:

“Maraqlanan hər kəsə təşəkkürlər, inşallah, Ramil özünə gələcək. Səbəb intihara cəhddir. Yaxınlarına yazıb, hər kəsdən halallıq istəyib. Daha sonra başına bu hadisəni gətirib, biz də vaxtında bilmişik. İnşallah, özünə gələr, sizə hər şeyi danışar. Dua edin”.

Məlumatın doğruluğunu yoxlamaq üçün Qasanovun həmkarı, dostu rəqqasə Rəna Ağamuradova (Renka) ilə əlaqə saxlanılıb.

Sənətçi bildirib ki, onun da hadisə ilə bağlı dəqiq məlumatı yoxdur. Renka söyləyib ki, dostlarına və Ramilin özünə zəng etsə də, telefonuna cavab verən olmayıb. Olay.az


Məşhur rəqqas intihara cəhd edib? - YENİLƏNİB - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026