• Bakı 23° C

    8.16 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Çempionatdan əvvəl şahmatçımızın noutbuku oğurlanıb

CƏMİYYƏT

24 Noyabr 2023 | 15:10

Çempionatdan əvvəl şahmatçımızın noutbuku oğurlanıb

Azərbaycan şahmatçısı Rauf Məmmədovun Monteneqronun Budva şəhərində keçirilmiş Avropa çempionatından əvvəl noutbuku itib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə 35 yaşlı qrossmeyster özü danışıb.

Məmmədov qitə çempionatının bu səbəbdən onun üçün çətin başladığını söyləyib: "Bu yarışdan əvvəl İngiltərədə turnirdə idim. Londondan Monteneqroya gedəndə noutbukum oğurlandı. İki gün tapmaq üçün çalışdıq. Amma artıq üç həftə keçib. Hələlik bir xəbər yoxdur. Məncə, artıq tapılmayacaq. Avropa çempionatı vaxtı kapitanımız Qədir Hüseynovun noutbuku ilə məşğul olurdum. Hazırlaşmaq barədə problem olmadı, çox sağ olsun. Şahmatçı və jurnalist üçün noutbuku itirmək işini itirməyə bərabərdir. Böyük şəhərlərdə belə hadisələr olur".

Qeyd edək ki, kişi şahmatçılardan ibarət millimiz yarışı 9 xalla 18-ci yerdə bitirib. Qadınlar isə turniri gümüş medalla başa vurub./Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026