• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Salyanda 11-ci sinif şagirdi ana oldu - Araşdırma aparılır

CƏMİYYƏT

03 Mart 2024 | 19:35

Salyanda 11-ci sinif şagirdi ana oldu - Araşdırma aparılır

Salyan rayon Pambıqkənd tam orta məktəbində şagirdlər arasında erkən nikah halları qeydə alınıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə "Facebook" hesabında paylaşım edib. 

O bildirib ki, məktəbin 11-ci sinif şagirdlərindən biri uşaq dünyaya gətirib. 

Bundan başqa, məktəbin yuxarı siniflərində təhsil alan qızlar nişanlı olduqları üçün dərsə gəlməsələr də, jurnalda adları qeyd olunur və qiymətləri yazılır. Bununla bağlı məktəbin direktorunun işi regional təhsil şöbəsi tərəfindən araşdırılır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu məsələninn nəzarətə götürüldüyünü və araşdırma aparıldığını bildirib. 


SON XƏBƏRLƏR

26 Iyul 2024