• Bakı 16° C

    12.78 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Sumqayıtda qızını boğaraq öldürən ata HƏBS EDİLDİ

CƏMİYYƏT

02 Aprel 2024 | 17:48

Sumqayıtda qızını boğaraq öldürən ata HƏBS EDİLDİ

Sumqayıtda azyaşlı övladını dənizdə boğaraq öldürməkdə şübhəli bilinən Yeşil Ahmet Turan barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Bakıvaxtı.az APA-ya istinadla xəbər verir ki, bu gün Sumqayıt şəhər Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Yeşil Ahmet Turanın barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, martın 31-də Sumqayıt şəhəri ərazisində dəniz sahilində uşaq meyitinin aşkar edilməsi barədə Bakı şəhər prokurorluğuna məlumat daxil olub.

    Baş Prokurorluğun məlumatına görə, araşdırmalarla 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turanın Sumqayıt şəhəri Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində azyaşlı övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Yeşil Ahmet Turan prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

    Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.


    SON XƏBƏRLƏR

    20 Aprel 2024