• Bakı 17° C

    0.53 m/s

Salyanda tapılan uşaq Bakıda körpələr evinə verildi

CƏMİYYƏT

10 Oktyabr 2023 | 21:21 | Müəllif: Subhan Mahmudov

Salyanda tapılan uşaq Bakıda körpələr evinə verildi

Salyanda bir ay bundan əvvəl su kanalının yaxınlığına atılan uşaq Bakıya körpələr evinə göndərilib.

Bakıvaxtı.az-ın məlumatına görə, Salyan rayon təcili tibbi yardım stansiyasının tibb personalına təhvil verilən və sonradan adı Yağmur qoyulan körpə qız bu gün Bakı şəhərindəki körpələr evinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, balaca Yağmur tam sağlamdır.

Qeyd edək ki, balaca Yağmur bu il sentyabrın 12-də Salyan rayonunun Qarabağlı kəndi ərazisindən keçən su kanalının kənarına atılmışdı. Birgünlük körpə polis əməkdaşları tərəfindən tapılaraq xəstəxanaya təhvil verilmişdi. Bir ay ərzində körpə xəstəxanada müayinə və müalicə olunub./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR