Azərbaycan Qafqaz Tarixi Mərkəzi və Halkalı Fənn Elmləri Mərkəzi tərəfindən 8 Noyabr - Zəfər Günü münasibətilə İstanbulda Elmi Konfrans keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, Halkalı Fənn Elmləri Mərkəzinin rəhbəri Tanər Korhan Azərbaycanın Zəfər günü barədə qısa məlumat verib. Daha sonra Ulu öndər Heydər Əliyevin, Qazi Mustafa Kamal Atatürkün və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla yad edilib.
Qafqaz Tarixi Mərkəzinin Türkiyə rəhbəri, ehtiyyatda olan polkovnik Akif Qasımov "Dəmir Yumruq Əməliyyatı" mövzusunda təqdimatla çıxış edib. O, 2020-ci il sentyabrın 27-dən başlanan, 44 gün davam edən və Qarabağda daxil olmaqla işğal altındakı ərazilərin azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin Azərbaycan tarixinin ən parlaq səhifəsinə, Azərbaycan xalqının qürur mənbəyinə çevrildiyini deyib.
Təqdimatda Azərbaycan ordusunun inkişafında Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində görülmüş işlər, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən müasir ordu islahatları barədə ətraflı məlumatlar verilib. Eyni zamanda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan iqtisadi islahatlar, elmi-tədqiqat işləri, hərbi sənaye kompleksi, uğurlu daxili və xarici siyasət strategiyası çərçivəsində keçirilən fəaliyyətləri iştirakçıların diqqətinə çatdırıb.
Elmi konfransda iştirak edən protokol heyəti Kiçikçəkməcə Türk Kızılay rəhbəri Hüseyin İpej, Kiçikçəkməcə AK Parti rayon rəhbərinin müavini Cengiz Kızıldag,
Kiçikçəkməcə MHP rayon təşkilatı rəhbəri Haydar Güney Kiçikçəkməcə BBP rayon rəhbəri Mehmet Cem Özel, Kiçikçəkməcə Yeniden Refah Partiya başkanvekili Tamer Sönmezler, Kiçikçəkməcə Türkiyə İttifak Partiyası rayon rəhbəri Vahit Tayfun,
Kiçikçəkməcə keçmiş bələdiyyə rəhbəri müavini geçen dönemki belediye Enver Şengül, jurnalist Engin Zafer, Halkali məhəllə muhtarı Yusuf Ergul, Azərbaycan məktəbinin müəlliməsi Elnarə Fətullayeva çıxış edərək Azərbaycan ordusunun qəhrəmanlığını və şücaətini qeyd ediblər.
Tədbirdə Türkiyenin bu ölkədə fəaliyyət göstərən çoxsaylı qurum nümayəndələri və tələbələr şagirdlər iştirak ediblər. Azərbaycan məktəbinin şagirdləri Azərbaycanla bağlı şeirlər söyləyib və Qarabağ Zəfəri ilə əlaqədar video çarxlar nümayiş olunub.


























