• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Gömrük postlarında 1 800-dən çox yük maşını gözləmədədir

CƏMİYYƏT

09 Dekabr 2023 | 14:39

Gömrük postlarında 1 800-dən çox yük maşını gözləmədədir

Hazırda Azərbaycanın gömrük postlarında 1 840 yük maşını gözləmədədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, bunun 240-ı “Astara” gömrük postunda, 130-u “Biləsuvar” gömrük postunda, 1 300-ü “Qırmızı Körpü” gömrük postunda, 90-ı “Mazımqara” gömrük postunda, 67-si “Samur” gömrük postunda və 13-ü “Xanoba” gömrük postunda gözləyir.

Bildirilib ki, ən çox gözləmədə olan nəqliyyat vasitələri “Qırmızı Körpü” gömrük-sərhəd buraxılş məntəqəsində müşahidə edilir.

Məlumatda deyilir ki, Gürcüstan-Azərbaycan sərhəddə sıxlığın yaranmasına səbəb isə Rusiya ilə Gürcüstan arasındakı “Yuxarı Lars” gömrük-keçid məntəqəsində hava şəraiti ilə əlaqədar iritonnajlı və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR