Dekabr ayında zəhərlənmə ilə bağlı Kliniki Tibbi Mərkəzə 123 nəfər müraciəıt edib.
Bu barədə Bakıvaxtı.az-a KTM-dən bildirilib.
Məlumata görə, ötən ilin son ayında KTM-nin Toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı müraciət edənlərdiən 54-ü kişi, 49-u qadın, 20-si isə uşaq olub.
Qəbul olunan xəstələrdən 52-si dərmandan, 33-ü sirkə turşusundan, 9-u etanoldan, 1 nəfər göbələkdən, 19-u dəm qazından zəhərlənib.
2 nəfər allergik reaksiya, 6 nəfər botulizm, 1 nəfər anafilaksiya səbəbindən xəstəxanaya yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3 nəfər dünyasını dəyişib.
Hər 3 ölüm faktı sirkə turşusundan zəhərlənmə səbəbilə qeydə alınıb.





jpg-1707291007.webp)










