Növbədənkənar Prezidenti seçkiləri ilə əlaqədar Azərbaycanın Fransadakı Səfirliyində seçki prosesinə start verilib.
Bakıvaxtı.az xəbər verir ki, Fransadakı səfirliyimizdə 16 saylı Yasamal ikinci seçki dairəsinin 46 saylı məntəqəsi açıq elan olunub.
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva səsvermə hüququndan istifadə edib.
...
09:47
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan prezident seçkilərində səsvermədə iştirak edib.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, səfir qeyd edib ki, suveren respublikanın bütün tarixində ilk dəfə olaraq dövlət başçısının seçilməsi üçün səsvermə Azərbaycanın bütün ərazisində, o cümlədən işğaldan azad olunan ərazilərdə keçirilir:
“Bu gün Azərbaycan dövlətçilik tarixində əlamətdar gündür. Suveren respublikanın bütün tarixində ilk dəfə olaraq prezident seçkilərində səsvermə Azərbaycanın bütün ərazisində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə keçirilir. Moskva ilə Bakı arasındakı saat fərqini nəzərə alaraq, Bakıda səsvermə başlayıb. Xankəndi və Xocalıda, şəhərlərimizin bir çoxunda səsvermə gedir. Biz Moskvada 2 seçki məntəqəsi açmışıq, çünki Moskvada 2500-dən çox vətəndaşımız səsvermədə iştirak etmək və vətəndaşlıq borcunu yerinə yetirmək arzusunu ifadə edib. Yekaterinburq və Sankt-Peterburqdakı baş konsulluqlarımızda da səsvermə başlayıb”, - deyə o, fikrini yekunlaşdırıb.



jpg-1707284810.jpg)

















