• Bakı 12° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Xəzər rayonunda silah-sursat aşkar edilib - VİDEO

CƏMİYYƏT, HADİSƏ

08 Mart 2024 | 10:10

Xəzər rayonunda silah-sursat aşkar edilib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu ərazisində silah-sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Nazirlikdən Bakıvaxtı.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

    Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş silah-sursatın istifadəyə yararlı 1 ədəd F-1 əl qumbarası,1 ədəd RQ-42 əl qumbarası, 2 ədəd UZRQM partladıcısı, 9 ədəd 7,62x39 mm-lik mərmi və 1 ədəd AKMS (SU 5749) avtomatı olduğu müəyyən edilib.

    Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb, aşkar edilmiş silah aidiyyəti üzrə təhvil verilib.

    Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

     


    Xəzər rayonunda silah-sursat aşkar edilib - VİDEOXəzər rayonunda silah-sursat aşkar edilib - VİDEO
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    10 Noyabr 2026