• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

102 yaşlı Fatma Səttarova müalicə aldığı mərkəzdə səs verdi -FOTOLAR

CƏMİYYƏT

07 Fevral 2024 | 10:52 | Müəllif: Qalib İbrahimoğlu

102 yaşlı Fatma Səttarova müalicə aldığı mərkəzdə səs verdi - FOTOLAR

Bu gün Azərbaycan Respublikasında prezident seçkiləri keçirilir.

Bakıvaxtı.az-ın məlumatına görə, qocaman seçicilərdən biri olan İkinci Dünya müharibəsi veteranı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri 102 yaşlı Fatma Hüseyn qızı Səttarova da seçkilərdə iştirak edib.

O, müalicə aldığı Səhiyyə Nazirliyinin Bakı Sağlamlıq Mərkəzində yaradılan seçki məntəqəsində səs verib.

Qeyd edək ki, İkinci Dünya müharibəsinin unudulmaz, hər zaman böyük qayğı və sevgi ilə yad edilən veteranlarından olan Fatma Səttarovanın ölkəmizin ictimai-siyasi, mədəni həyatında böyük xidmətləri var.

Həmçinin, Fatma Səttarova “İstiqlal” ordeni ilə təltif edilib.


102 yaşlı Fatma Səttarova müalicə aldığı mərkəzdə səs verdi - FOTOLAR102 yaşlı Fatma Səttarova müalicə aldığı mərkəzdə səs verdi - FOTOLAR102 yaşlı Fatma Səttarova müalicə aldığı mərkəzdə səs verdi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026