• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qurban Qurbanov səs verdi - FOTO

CƏMİYYƏT

07 Fevral 2024 | 11:14

Qurban Qurbanov səs verdi - FOTO

Əməkdar məşqçi, “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov prezident seçkilərində səsvermə hüququndan istifadə edib.

Bakıvaxtı.az xəbər verir ki, o, 17 saylı Yasamal üçüncü seçki dairəsinin 1 saylı Bakı Tibb Kollecində yerləşən 2 saylı seçki məntəqəsində səs verib.

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.


Qurban Qurbanov səs verdi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026