• Bakı 19° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Elnarə Xəlilova: "Dəli oldum, başımdan ağrı qopdu..."

CƏMİYYƏT

08 Yanvar 2024 | 12:31

Elnarə Xəlilova: "Dəli oldum, başımdan ağrı qopdu..."

“Aygün Bəylərin dağdan ağır sənətinə necə dəyər verməyə bilərdim ki?”

Bakıvaxtı.az xəbər verir ki, bunu müğənni Elnarə Xəlilova Əməkdar artist Aygün Bəylərlə vida mərasimində deyib.

“Biz qiyabi belə tanış olsaydıq, uzaqdan uzağa sevib, bəyənməli idik. Bunun başqa adı yoxdur. Könüldən könülə həmişə yol olur” deyən E.Xəlilova A.Bəyləri həm özünün, həm də tələbələrinin çox sevirdiyini qeyd edib.

Dediyinə görə, Əməkdar atisti mərkəzlərinə dəvət etməyi planlaşdırıbmış: “Dəfələrlə danışmışdıq. Heyf, çox heyf, vaxtsız vəfat etdi. Əcəl imkan vermədi. Son konsertinə gedə bilmədim, onu bu cür görmək mənim üçün çox ağır idi. Tələbələrim videolar atmışdı, necə can çəkə-çəkə ifa edirdi. Sanki tamaşaçısı ilə halallaşır, vidalaşırdı”.

E.Xəlilova qeyd edib ki, hər şeyin belə sürətlə baş verəcəyini bilə bilməzdi: “Tez-tez vatsapdan əlaqə saxlayardıq. Pandemiyanın üzü qara olsun, hamını bir-birindən ayırdı, hər kəs kimi biz də ancaq vatsap üzərindən əlaqə saxlayırdıq. Həmişə yazanda birinci köməkçisi danışırdı, axırda mütləq özü qoşulur, hal-əhval tuturdu. Bu dəfə gördüm, kişi danışdı, özü qoşulmadı. Ürəyimə damdı ki, nəsə olub. Köməkçisi dedi ki, biz artıq Türkiyədəyik, görək nə olur. Mən yenə də onun səsində bir ümid hiss etdim, pis düşünmədim. Heç üstündən iki gün keçmədi, ölüm xəbərləri yayıldı. Dəli oldum, başımdan ağrı qopdu. Vallah heç vaxt belə olmamışdım, özümü çox pis hiss edirəm”.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR