Milli Cəbhə partiyasının prezidentliyə namizədi Razi Nurullayev növbədənkənar prezident seçkilərində səsvermədə iştirak edib.
Bakıvaxtı.az xəbər verir ki, o, 8 saylı Binəqədi Birinci Seçki Dairəsinin 12 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.
Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir.















