• Bakı 13° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Zelenski Almaniyaya gedəcək

CƏMİYYƏT

07 Fevral 2024 | 12:05

Zelenski Almaniyaya gedəcək

Ukrayna Prezidenti Volodimir Zelenski gələn həftənin sonunda Almaniyaya səfər edəcək.

Bakıvaxtı.az “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu, Rusiyanın hərbi müdaxiləsindən sonra onun Almaniyaya ikinci səfəri olacaq.

Məlumata görə, Volodimir Zelenski ziyarətini Münhen Təhlükəsizlik Konfransı ilə eyni vaxta planlaşdırır. Bildirilib ki, konfrans fevralın 16-19-da keçiriləcək.

Münhen Təhlükəsizlik Konfransının təhlükəsizlik üzrə təşkilatçısı Kristof Xoysqen məsələni şərh etməkdən imtina edib. Bununla belə, o, Ukrayna Prezidentinə dəvətnamə göndərildiyini bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026