• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Komandir heyəti ilə toplanış keçirilib - FOTO

CƏMİYYƏT

08 Yanvar 2024 | 12:50

Komandir heyəti ilə toplanış keçirilib - FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunda ideoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlər və psixoloqlar ilə təlim-metodiki toplantı keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Toplantıda ideoloji iş və mənəvi-psixoloji təminatın yüksəldilməsi istiqamətində ötən il ərzində görülən işlərə, əldə olunan nailiyyətlərə və nöqsanların aradan qaldırılmasına dair məruzələr dinlənilib, cari ildə bu istiqamətdə görüləcək işlər, perspektiv planlar müzakirə olunub.

***

09:39

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunda komandir heyəti ilə toplanış keçirilir.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Toplanışa cəlb edilən şəxsi heyətin nəzəri və praktiki məşğələlərdə müasir ümumqoşun döyüşünün təşkili, aparılması üzrə bilik və bacarıqları, həmçinin fiziki və sıra hazırlıqları yoxlanılacaq. O cümlədən iştirakçılardan hərbi nizamnamələr, rəhbəredici və digər normativ hüquqi sənədlər üzrə məqbullar qəbul ediləcək, atıcı silahlardan atışlar icra olunacaq.

Keçirilən toplanışın əsas məqsədi zabitlərin bölmələri idarəetmə üzrə nəzəri biliklərinin və peşəkarlıq səviyyələrinin artırılması, qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsi, eləcə də silahlanmaya yeni qəbul edilən silah, texnika və cihazların imkanlarının öyrənilməsidir.


Komandir heyəti ilə toplanış keçirilib - FOTOKomandir heyəti ilə toplanış keçirilib - FOTOKomandir heyəti ilə toplanış keçirilib - FOTOKomandir heyəti ilə toplanış keçirilib - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR