• Bakı 12° C

    10.36 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Keçmiş səfir Yaşar Əliyev dəfn olunub - YENİLƏNİB

CƏMİYYƏT

09 Dekabr 2023 | 14:30

Keçmiş səfir Yaşar Əliyev dəfn olunub - YENİLƏNİB

Azərbaycanın Çindəki keçmiş səfiri Yaşar Əliyev dəfn olunub.

Bakıvaxtı.az xəbər verir ki, mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

***

14:14

Azərbaycanın Çindəki keçmiş səfiri Yaşar Əliyevlə vida mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, mərhumun Bakıdakı evində təşkil olunan vida mərasiminə ailə üzvləri, Milli Məclisin deputatları və dövlət rəsmiləri qatılıb.

Qeyd edək ki, Y.Əliyev dekabrın 8-də vəfat edib.

Y.Əliyev 1948-ci ildə Bakıda anadan olub. O, Milli Məclisin I və II çağırış üzvü, parlamentin sədr müavini, Azərbaycan Ali Sovetinin sədr müavini olub.

Bundan əlavə, Y.Əliyev Azərbaycanın Çindəki (2002–2011) səfiri vəzifəsində çalışıb. Həmin dövrdə Azərbaycanın Vyetnam, Cənubi Koreya, Şimali Koreya və Monqolustandakı (2004-2011) səfiri vəzifəsini də yerinə yetirib.

Xatırladaq ki, Y.Əliyev Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın atasıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026