• Bakı 16° C

    7.73 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0902

Samuxda narkotikin təsiri altında avtomobil sürən şəxs saxlanıldı

CƏMİYYƏT

08 Dekabr 2023 | 08:23

Samuxda narkotikin təsiri altında avtomobil sürən şəxs saxlanıldı

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücü saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

Verilən məlumata görə, Samux rayonu ərazisində “Mercedes ” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

Həmin nəqliyyat vasitəsini idarə edən Z.Mahmudov narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən, həmin şəxsin narkotik vasitə istifadə etdiyi məlum olub.

Z.Mahmudov barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Samux Rayon Məhkəməsinə göndərilib.


SON XƏBƏRLƏR

01 Aprel 2026