• Bakı 13° C

    5.83 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Azərbaycanda bir həftəlik bayram tətili BAŞA ÇATDI 

CƏMİYYƏT

07 Yanvar 2024 | 00:00 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanda bir həftəlik bayram tətili BAŞA ÇATDI

Bu gündən Azərbaycanda Yeni il tətili başa çatır.

Bakıvaxtı.az xatırladır ki, Nazirlər Kabinetinin iş və istirahət günlərinin yerinin dəyişdirilməsi barədə qərarina əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü ilin 4 və 5 yanvar iş günləri ilə müvafiq olaraq 2023-cü ilin 30 dekabr və 2024-cü ilin 7 yanvar istirahət günlərinin yerləri dəyişdirilmisdi. Qeyd edək ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır. Ötən il 30 dekabr şənbə,  31 dekabr və 2024-cü ilin 7 yanvar tarixləri bazar günlərinə təsadüf edib.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 30 dekabr, 31 dekabr və 2024-cü il 7 yanvar istirahət günləri ilə müvafiq olaraq 2024-cü il 3 yanvar, 4 yanvar və 5 yanvar iş günlərinin yerləri dəyişdirilib.

Beləliklə, 2024-cü ildə 6 yanvar şənbə gününə təsadüf etdiyi üçün Yeni ildə 7 gün - 31 dekabr 2023-cü il, 1, 2, 3, 4, 5 və 6 yanvar 2024-cü il qeyri-iş günü olub.

Bu gün - yanvarın 7-i isə 2024-cü ilin ilk rəsmi iş gunüdür.

Nərgiz Məmmədli 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026