• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda daha bir uşaq qızılcadan öldü - YENİLƏNİB

CƏMİYYƏT

05 Fevral 2024 | 20:59 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda daha bir uşaq qızılcadan öldü - YENİLƏNİB

Tovuz rayonun Qədirli kənd sakini, 2014-cü il təvəllüdlü Yusif İsmayılov yüksək hərarətlə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Müayinə zamanı azyaşlının qızılcaya yoluxduğu məlum olub. Uşaq reanimasiya şöbəsində koma vəziyyətinə düşüb.

Bakıvaxtı.az xəbər verir ki, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Azyaşlı ağırlaşmış qızılca və pnevmoniya səbəbindən dünyasını dəyişib. Xəstəxanadan bildirilib ki, dünyasını dəyişən uşaq həm də serebral iflic olub.

Faktla bağlı araşdırma aparılır.

 

***18:56

Tovuzda azyaşlı xəstəxanada ölüb.

Bakıvaxtı.az bildirir ki, rayonun Qədirli kənd sakini, 2014-cü il təvəllüdlü Y.İ. fevralın 4-də Tovuz rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Azyaşlı bu gün 16 radələrində xəstəxanada dünyasını dəyişib. Onun qızılcadan öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026