Hazır əriştənin zərərli olduğu müəyyənləşib.
Bakıvaxtı.az “Gazeta.ru”ya istinadla xəbər verir, bu barədə həkim Vladimir Neronov açıqlama verib.
Onun sözlərinə görə, hazır əriştə çox miqdarda yağ və kalori ehtiva edir və qan şəkərinin artmasına səbəb ola bilər - buna görə də onları ayda bir dəfədən çox yemək məsləhət görülmür.
Hazır əriştə çox yüksək kalorilidir və çəki artımına kömək edə bilər. Həm də karbohidratlar yüksək, lif isə azdır. Bu səbəbdən o, tez həzm olunur və qanda şəkərin səviyyəsi yüksəlir və insulin ifraz olunur. Buna görə də diabetli insanlar üçün xüsusilə təhlükəlidir.
Mina Mikayılova















