• Bakı 20° C

    1.66 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Toplum TV-də ƏMƏLİYYAT: ofis möhürləndi - YENİLƏNİB

CƏMİYYƏT

06 Mart 2024 | 18:36

Toplum TV-də ƏMƏLİYYAT: ofis möhürləndi - YENİLƏNİB

Toplum TV-nin ofisində həyata keçirilən axtarışlar başa çatıb. 

Bakıvaxtı.az xəbər verir ki, Toplum TV-nin ofisi möhürlənib.


16:34

Daxili İşlər Nazirliyi (DİN) Toplum TV-də axtarış aparılması ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlərə münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, DİN mətbuat xidmətinin rəhbəri, polkovnik-leytenant Elşad Hacıyev sözlərinə görə, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

“Əlavə məlumat veriləcək”, - E.Hacıyev deyib.

Qeyd edək ki, sosial şəbəkələrdə Toplum TV ofisində axtarış aparılması, saxlanılanların olması ilə bağlı xəbərlər yayılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026