Abşeron rayonunun Saray qəsəbəsində yaşayış binasında başlayan yanğın məhdudlaşdırılıb.
Bakıvaxtı.az xəbər verir ki, qəsəbədəki "Saray" MTK-ya daxil olan çoxmərtəbəli binanın yuxarı mərtəbəsində başlayan yanğın tam söndürülüb.
***
12:41
Abşeron rayonunun Saray qəsəbəsində yaşayış binası yanır.
Bakıvaxtı.az “Report”a istinadən xəbər verir ki, yanğın qəsəbədəki "Saray" MTK-ya daxil olan çoxmərtəbəli binanın yuxarı mərtəbəsində başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadaları cəlb olunub.