• Bakı 14° C

    6.57 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Saxta hesablar ifşa olunacaq? - “X”dən yenilik

MULTİMEDİA

23 Noyabr 2025 | 23:25

Saxta hesablar ifşa olunacaq? - “X”dən yenilik

"X" sosial media platforması istifadəçilərin yerləşdiyi ölkəni göstərən yeni funksiyanı mərhələli şəkildə istifadəyə verib.

Bakıvaxtı.az xəbər verir ki, şirkət bu yeniliyin saxta hesabları, xarici müdaxilələri və yanlış məlumat yayımını aşkar etməyə kömək edəcəyini açıqlayıb.

Hazırda funksiya yalnız məhdud sayda istifadəçi üçün aktivdir. Bəzi profillərdə "Twitter"ə qoşulma tarixi bölməsinə kliklədikdə hesab sahibinin ölkəsi görünür.

Yeniləmə ilə profildə hesabın yaradılma tarixi, təsdiqlənmə statusu, istifadəçi adının dəyişmə sayı və hesabın hansı ölkənin tətbiq mağazası vasitəsilə qeydiyyatdan keçdiyi kimi əlavə məlumatlar da əks olunur.


SON XƏBƏRLƏR

23 Noyabr 2025
22 Noyabr 2025