• Bakı 17° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Saxta nömrələrdən zəng gələrsə, diqqətli olun - XƏBƏRDARLIQ + VİDEO

Multİmedia

16 Aprel 2024 | 18:36

Saxta nömrələrdən zəng gələrsə, diqqətli olun - XƏBƏRDARLIQ + VİDEO

Sumqayıt şəhərində polis əməkdaşları tərəfindən ictimai iaşə obyektlərinin və bankomatların ətrafında vətəndaşları, xüsusən təqaüd yaşına çatmış insanların kibermaarifləndirilməsi məqsədi ilə  məlumatverici lövhələr quraşdırılıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu lövhələrdə kiberdələduzluqla məşğul olan cinayətkar şəxslərin ən çox istifadə etdiyi üsullar barədə ətraflı məlumat yerləşdirilib.

Qeyd edək ki, son dövrlər bəzi şəxslər tərəfindən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallarına rast gəlinməkdədir.

Daxili İşlər Nazirliyi bu hallara qarşı vətəndaşları diqqətli olmağa çağırır və qeyd edilən kibercinayətkarlıq halları ilə üzləşdikləri təqdirdə polisə məlumat vermələrini tövsiyyə edir.

 


SON XƏBƏRLƏR