Türkiyədə saxta spirtli içki hazırlayanlara qarşı əməliyyat keçirilib.
Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, İstanbulda təşkil olunan əməliyyatlarda şübhəli bilinən 9 nəfər saxlanılıb.
Axtarışlar zamanı 50 min şüşə spirt istehsalında istifadə edilən xammal, 18 ton 936 litr spirtli maye, 1250 içki şüşəsi, 920 boş butulka, 6 min 800 etiket ələ keçirilib.
Mina Mikayılova