• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Seçki zamanı bu şəxslər cinayət məsuliyyətinə cəlb ediləcək

CƏMİYYƏT

20 Dekabr 2023 | 12:46

Seçki zamanı bu şəxslər cinayət məsuliyyətinə cəlb ediləcək

Seçki komissiyalarının işinə mane olanlar inzibati və cinayət məsuliyyətinə cəlb ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Baş prokurorun birinci müavini Elçin Məmmədov Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

O bildirib ki, seçkilər demokratiyanın başlıca göstəricisidir: “Seçkilərlə bağlı prokurorluq orqanlarının vəzifələri əsasən daxil olmuş şikayətlərə baxılması ilə bağlıdır. 2002, 2009, 2016-cı illərdə referendumla bağlı bizə ümumiyyətlə müraciətlər daxil olmayıb. Son prezident seçkiləri ilə əlaqədar da bu kimi şikayət tərkibli müraciətlər prokurorluq orqanlarına daxil olmayıb”.

Elçin Məmmədov qeyd edib ki, seçki komissiyalarının işinə mane olanlar və müdaxilə edənlər inzibati və cinayət məsuliyyətinə cəlb ediləcək: “Belə hallarda seçki komissiyaları prokurorluq orqanlarına müraciət edə bilər. Eyni zamanda seçki komissiyalarından şikayətlər məhkəməyə verilə bilər. Məhkəmə qərarlarından yuxarı instansiya məhkəmələrində bu işlərə 3 gün müddətində baxılmalıdır. Seçki komissiyalarının işinə müdaxilə etməyə, seçki sənədlərini saxtalaşdırmağa görə cinayət məsuliyyəti nəzərdə tutulub”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026