• Bakı 12° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hərbi xidmətlə bağlı əlilliyi olanlara avtomobillər təqdim edildi -FOTOLAR

CƏMİYYƏT

19 Yanvar 2024 | 12:42

Hərbi xidmətlə bağlı əlilliyi olanlara avtomobillər təqdim edildi -FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Birinci Qarabağ müharibəsi əlillərinə və hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə daha 70 avtomobil verib.

Bakıvaxtı.az xəbər verir ki, avtomobillərin sənədlərini əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev təqdim edib.

Tədbirdə həssas əhali qruplarından olan şəxslərlə bağlı davamlı olaraq mühüm sosial proqramlar icra olunduğu bildirilib.

Qeyd olunub ki, Birinci Qarabağ müharibəsi əlillərinə və hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə təqdim edilən 70 avtomobil də daxil olmaqla postmüharibə dövründə 500-dək, ümumilikdə ötən dövrdə 7600-dən çox avtomobil imtiyazlı kateqoriyadan olan şəxslərə verilib.

Xatırladaq ki, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə ötən il 1500, postmüharibə dövründə 6000, ümumilikdə ötən dövrdə 14800 mənzil və fərdi ev verilib.


Hərbi xidmətlə bağlı əlilliyi olanlara avtomobillər təqdim edildi -FOTOLARHərbi xidmətlə bağlı əlilliyi olanlara avtomobillər təqdim edildi -FOTOLARHərbi xidmətlə bağlı əlilliyi olanlara avtomobillər təqdim edildi -FOTOLARHərbi xidmətlə bağlı əlilliyi olanlara avtomobillər təqdim edildi -FOTOLARHərbi xidmətlə bağlı əlilliyi olanlara avtomobillər təqdim edildi -FOTOLARHərbi xidmətlə bağlı əlilliyi olanlara avtomobillər təqdim edildi -FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026