• Bakı 13° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Maşında köməksiz qalan azyaşlı xilas edildi

CƏMİYYƏT

17 Fevral 2024 | 19:47 | Müəllif: Subhan Mahmudov

Maşında köməksiz qalan azyaşlı xilas edildi

Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər azyaşlı avtomobilin qapısının təsadüfən kilidlənməsi nəticəsində avtomobildə köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, valideynlərin və ətrafdakıların cəhdlərinə baxmayaraq avtomobilin qapısını açmaq mümkün olmadığından uşağın valideynləri nazirliyin "112" qaynar telefon xəttinə zəng ediblər.

Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər xüsusi vasitələrlə qapıları bağlanmış avtomobilin qapısını açaraq 2022-ci il təvəllüdlü uşağı xilas edərək ailəsinə təhvil veriblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR