• Bakı 17° C

    3.44 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Qəzzada HAMAS-ın təhlükəsizlik departamentinin rəhbəri öldürülüb

CƏMİYYƏT

18 Mart 2024 | 16:56

Qəzzada HAMAS-ın təhlükəsizlik departamentinin rəhbəri öldürülüb

Qəzzada HAMAS-ın rəhbər şəxslərindən biri öldürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İsrael Defence Forces – İDF) və İsrail Baş Təhlükəsizlik Xidmətinin (Şabak və ya Şin Bet) birgə bəyanatında deyilir.

    Qeyd olunub ki, adıçəkilən qurumların anklavın Əl-Şifa xəstəxanasında həyata keçirdiyi birgə hərbi əməliyyatlar zamanı HAMAS-ın daxili təhlükəsizlik departamentinin rəhbəri Faiq Məbhux (Faiq Mabhuoch) öldürülüb.

    Bildirilib ki, o, anklavda təşkilatın fəaliyyətinin koordinasiyasına cavabdeh idi.

    Xatırladaq ki, İsrail ordusu HAMAS-ın yüksək rütbəli üzvlərinin xəstəxanada olması ilə bağlı kəşfiyyat məlumatlarını əldə rəhbər tutaraq Əl-Şifada hərbi əməliyyatlara başlayıb. Əməliyyatlar nəticəsində təşkilatın silahlıları da daxil olmaqla 60-dan çox adam saxlanılıb.


    SON XƏBƏRLƏR