• Bakı 23° C

    3.75 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Aytən Səfərovanın qəzaya düşdüyü yerdə təhlükəli vəziyyət - FOTOLAR

CƏMİYYƏT

17 Aprel 2024 | 14:30

Aytən Səfərovanın qəzaya düşdüyü yerdə təhlükəli vəziyyət - FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün Zığ şosesinin 8 Noyabr prospekti istiqamətində - Sadıqcan küçəsi ilə kəsişməsində ağır yol qəzası baş verib.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, aparıcı Aytən Səfərovanın idarə etdiyi avtomobilin də iştirakı ilə baş vermiş ağır qəza son 1 ayda ərazidə qeydə alınmış çoxsaylı yol-nəqliyyat hadisələrindən biridir.

Belə ki, martın 15-dən əsaslı təmir işlərinin aparıldığı 8 Noyabr prospektində təhlükəsizlik tədbirlərinin yetərincə həyata keçirilməməsi səbəbindən bir neçə dəfə burada müxtəlif qəzalar baş verib.

Son hadisənin baş verdiyi ərazidə aparılan müşahidələr zamanı da ərazidə asfalt örtüyünün qaşınması, müxtəlif qazıntı işlərinin görülməsi və təhlükəsizliklə bağlı önləyici tədbirlərin görülməməsi məlum oldu. Maraqlıdır ki, gecə saatlarından başlayan qazıntı zamanı əldə olunan görüntülərdən aydın olur ki, ərazidə heç bir xəbərdarlıq nişanı olmayıb. Səhər isə yola çıxan sürücülər yeni sürprizlərlə qarşılaşıblar.

Əlbəttə, qəza səbəbi ilə bağlı qəti fikir deyə bilmərik. Amma yolun hazırkı vəziyyəti ortadadır və təmir-bərpa prosesi zamanı təhlükəsizlik tədbirlərinin kifayət qədər təmin edilmədiyi bu yol yenə də qəzalara səbəb ola bilər.

Qeyd edək ki, bu gün səhər saat 06:50 radələrində baş vermiş hadisədə Zığdan mərkəz istiqamətində hərəkət edən Aytən Səfərovanın sürdüyü “Hyundai” markalı avtomobil dönmə manevri həyata keçirən “Hyundai İX35” markalı digər avtomobilə çırpılıb. Zərbənin təsirindən həmin avtomobil aşıb və nəqliyyat vasitəsində olan sərnişin həyatını itirib. Aytən Səfərovanın sürdüyü avtomobil isə yolun kənarındakı “KİA”ya çırpılaraq dayanıb.

Aparıcı və daha bir nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.


SON XƏBƏRLƏR

29 Aprel 2024