• Bakı 20° C

    3.75 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

 Hemofiliyanın əsas daşıyıcısı anadır

CƏMİYYƏT

17 Aprel 2024 | 15:06

 Hemofiliyanın əsas daşıyıcısı anadır

“Hemofiliya faktor VIII və faktor IX çatışmazlığı ilə rast gəlinən irsi qan laxtalanması pozğunluğudur. Adətən daşıyıcı genlər anada olur, oğlan övladlarına ötürülür, bəzən isə genetik mutasiya nəticəsində qız övladlarında da rast gəlinə bilər”. 

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında nazirliyin mütəxəssis-eksperti, hematoloq Şəhla Şabanova açıqlayıb. 
Onun sözlərinə görə, istər Hemofiliya A, istər Hemofiliya B irsi genetik xəstəlikdir:

“Lakin, yaş irəlilədikcə və ya bəzi başqa səbəblərdən qan laxtalanması faktoruna qarşı antitel yarana bilər ki, bu antitel nəticəsində faktor çatışmazlığı Qazanılmış Hemofiliya xəstəliyinə səbəb olur. İstər Hemofiliya A, istər Hemofiliya B xəstələrində faktor səviyyəsindən asılı olaraq xəstəlik 3 qrupa ayrılır. Yüngül dərəcə - bu zaman dolaşımdakı faktor səviyyəsi 5-40 % arasında olur. Bu cür xəstələrdə spontan qanama olmur. Adətən mayor əməliyyatlar zamanı ciddi qanamalar izlənilə bilər”.

Mütəxəssis-ekspert bildirib ki, serumdakı faktor səviyyəsi - 1-5 % Orta dərəcəli Hemofiliya kimi dəyərləndirilir:

“Bu xəstələrdə ara-sıra spontan qanama görülə, travmalar və ya əməliyyat əsnasında ciddi qanama izlənilə bilir. Ağır dərəcəli hemofiliya xəstələrində serum faktor səviyyəsi 1%-dən az olur. Yenidoğulmuş dövründən etibarən oynaq içi, əzələ içi ciddi qanamalar görülə bilir. Ən kiçik əməliyyatlarda belə uzun qanamalar müşahidə edilir”.

Günəş Mərd  


SON XƏBƏRLƏR

29 Aprel 2024