• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Səfa Mirzəyev Məhkəmə-Hüquq Şurasının üzvü seçildi

CƏMİYYƏT

21 Iyun 2023 | 11:55

Səfa Mirzəyev Məhkəmə-Hüquq Şurasının üzvü seçildi

Milli Məclisin sabiq Aparat rəhbəri Səfa Mirzəyev Məhkəmə-Hüquq Şurasının üzvü seçilib.

Bu barədə Bakıvaxtı.az-a Şuradan məlumat verilib.

Bildirilib ki, bu gün qanuna uyğun qaydada ölkənin bütün məhkəmələrini təmsil edən 130 hakimin iştirakı ilə keçirilən konfransda hüquq ictimaiyyətinin nümayəndəsi qismində Səfa Abbas oğlu Mirzəyev açıq səsvermə yolu ilə Məhkəmə-Hüquq Şurasının üzvü seçilib.

Xatırladaq ki, Milli Məclisin sabiq Aparat rəhbəri S.Mirzəyev ötən ilin mayında təqaüdə göndərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026