• Bakı 19° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Şahnaz Haşımovanın son vəziyyəti AÇIQLANDI

CƏMİYYƏT

21 Iyul 2023 | 10:40

Şahnaz Haşımovanın son vəziyyəti AÇIQLANDI

“Xalq artisti Şahnaz Haşımovanın səhhəti yaxşılaşır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu  açıqlamasında sənətçinin nəvəsi Eldar Abdullayev deyib.

O, Xalq artistinin bir müddət xəstəxanada müalicə alacağını qeyd edib: “Bir həftə, on gün xəstəxanada qalacaq, yəni müalicəsini burada davam etdirməsi daha effektivdir. Gəncədən gətirildikdən sonra burada da bütün növ yoxlamalardan yenidən keçdi. Ümumi diaqnoz yüksək şəkər və beyin qan dövranının pozulmasıdır”, - o əlavə edib.

Xatırladaq ki, Xalq artisti Şahnaz Haşımova səhhətində yaranan problemlə əlaqədar Gəncə Şəhər Xəstəxanasına yerləşdirilmişdi. O, dünən Gəncədə müalicə aldığı xəstəxanadan Bakıya – Mərkəzi Gömrük Hospitalına gətirilib. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026