"Səhər yeməyindən imtina ciddi fəsadlara səbəb ola bilər".
Bakıvaxtı.az xəbər verir ki, bu xəbərdarlığı həkim-dietoloq Yelena Solomatina edib.
Onun sözlərinə görə, səhər yeməyinə təbii ehtiyac insan orqanizminə xasdır. Dietoloq qeyd edib ki, səhər saatlarında fəallığın artması onun üçün təbiidir – bu, müəyyən hormonların istehsalı deməkdir. Belə fəallıq sürətlənmiş maddələr mübadiləsini, səhər saatlarında sürətli qida həzmini təşviq edir.
"Orqanizmdə baş verən mübadilə prosesləri sirkadian ritmlərinə tabedir. Səhər yeməyindən müntəzəm olaraq imtina edilməsi nəticəsində insan axsam vaxtı daha çox yeməyə başlayır, bu da təbii ritmlərin pozulmasına səbəb ola bilər" deyən həkimə görə, bundan başqa, bir müddət sonra sağlamlıqla bağlı ciddi problemlər yarana bilər”.
Y.Solimatina bildirib ki, əgər insan səhər yeməyi yemirsə, o, çəki artımı, qanda yüksək şəkər və şəkərli diabet problemləri, ürək xəstəlikləri, hətta xərçəng riskinə məruz qalır: "Bu, bədənin gün ərzində qəbul edilməmiş kaloriləri kompensasiya etməyə çalışması ilə əlaqədardır ki, bu da insanı daha gec saatlarda yeməyə sövq edir".
O, səhər yemək istəyinin olmamasından şikayət edənlərə yatmazdan dörd saat əvvəl qida qəbul etməyi məsləhət görüb.
Aytac Aslan
















