• Bakı 20° C

    3.96 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Bu ərazilərə suyun verilməsi DAYANDIRILDI

CƏMİYYƏT

17 Noyabr 2022 | 19:32 | Müəllif: Subhan Mahmudov

Bu ərazilərə suyun verilməsi DAYANDIRILDI

Xətai rayonunun bir hissəsində magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar içməli suyun verilişində fasilə yaranıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Azərsu" ASC məlumat yayıb.

Bildirilib ki, qəzaya görə Aşıq Ələsgər, Xudu Məmmədov, Məhəmməd Hadi, Rahib Məmmədov, Çingizxan Kərimov, Qədir Məmmədov, Məhsəti, Sadıqcan, Polad Həşimov, Ramiz Quliyev, Cavanşir, Əbilov küçələri, 9-cu Əhmədli, 7-ci Əhmədliyə içməli suyun verilişi dayandırılıb.

Hazırda qəzanın aradan qaldırılması üçün tədbirlər görülür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR