• Bakı 12° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakı-Quba yolunda yük maşını aşdı -  Xəsarət alanlar var

CƏMİYYƏT

17 Dekabr 2022 | 15:36

Bakı-Quba yolunda yük maşını aşdı - Xəsarət alanlar var

Fövqəladə Hallar Nazirliyi Bakı-Quba yolunda baş verən qəza barədə məlumat yayıb.

Nazirlikdən Bakıvaxtı.az-a verilən məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şabran rayonunda (Bakı-Quba avtomobil yolunun 124-cü kilometrliyi) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Shacman” markalı yük avtomobili yol kənarına aşıb, 1 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə zədələnmiş avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

***

Bakı-Quba yolunda yük maşını aşıb.

Bakıvaxtı.az xəbər verir ki, 1963-cü il təvəllüdlü Rəfail Məmmədovun idarə etdiyi 99 XT 405 markalı yük maşını aşıb. Qəza nəticəsində sürücü və maşında olan sərnişin xəsarət alıb. Qəza səbəbindən Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Maşınlar Şabran rayonunun içərisindən keçərək yollarına davam edirlər.

Faktla bağlı araşdırma aparılır. /APA


Bakı-Quba yolunda yük maşını aşdı - Xəsarət alanlar varBakı-Quba yolunda yük maşını aşdı - Xəsarət alanlar varBakı-Quba yolunda yük maşını aşdı - Xəsarət alanlar varBakı-Quba yolunda yük maşını aşdı - Xəsarət alanlar var
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026