“Aqua Project” MMC gömrük qaydaları əleyhinə olan inzibati xəta törətdiyinə görə cərimələnib.
Bakıvaxtı.az istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi bu şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib edərək işi Nərimanov Rayon Məhkəməsinə göndərib.
İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
İş Gültəkin Əsədovanın sədrliyi ilə araşdırılacaq. Məhkəmə ilə bağlı baxış iclası 26.01.2023-cü il tarixinə təyin edilib.
Qeyd edək ki, "Aqua Project" şirkəti 2007-ci ildə yaradılıb.
İbRa
















