• Bakı 10° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Azərbaycanda bələdiyyə bağçaları açıla bilər

CƏMİYYƏT

15 Fevral 2023 | 12:29

Azərbaycanda bələdiyyə bağçaları açıla bilər

Azərbaycanda bələdiyyələrin uşaq bağçaları açması təklif edilir.

Bakıvaxtı.az xəbər verir ki, bu təkliflə Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Tahir Rzayev çıxış edib.

O qeyd edib ki, qanunvericilik bələdiyyələrə belə bir imkan yaradır.

“Elə şəhər bələdiyyələri var ki, onun büdcəsi artıq 1 milyona çatıb. Bu çox yaxşı rəqəmdir. İki-üç bələdiyyə yığışıb ərazisində bir uşaq bağçası tikə bilər. Bu gün uşaq bağçalarına böyük ehtiyac var. Ona görə də bələdiyyələr özəl bağça yarada bilərlər. 1600-dən çox bələdiyyədən heç birinin hələ də uşaq bağçası yoxdur ", - deyə T.Rzayev əlavə edib.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026