"Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC "MTZ 1221 modelli traktorlara ehtiyat hissələrinin satın alınması" tenderinə yekun vurub.
Bakıvaxtı.az xəbər verir ki, tenderin qalibi "İnport" MMC olub.
Qalib şirkətlə 1 069 265 manat məbləğində müqvailə imzalanacaq.
Sözügedən şirkət "Azərpambıq Aqrar Sənaye Kompleksi"nin "Cəmiyyətin Saatlı PİEZ-in ərazisində yerləşən laboratoriya, tərəzi və mühafizə otağının təmiri üçün tələb olunan mal-materialın satın alınması" tenderinin qalibi elan olunub və bu şirkətlə 16 min 929 manat dəyərində müqavilə imzalanıb (18.05.2022).
Ümumiyyətlə, "İnport" MMC təkcə keçən il ərzində mərkəzi icra hakimiyyəti qurumlarının və şirkətlərinin 16 tenderi qazanıb.
İbRa














jpg-1676448196.webp)

