• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bəsitçay və Həkəri çaylarına balıq körpələri buraxıldı - FOTOLAR

CƏMİYYƏT

17 Dekabr 2022 | 18:08

Bəsitçay və Həkəri çaylarına balıq körpələri buraxıldı - FOTOLAR

Qarabağ və Şərqi Zəngəzur ərazisində biomüxtəlifliyin mühafizəsinə və su hövzələrində bioresursların bərpasına töhfə vermək məqsədilə Zəngilan rayonu ərazisindən keçən Bəsitçay və Həkəri çaylarına balıq körpələrinin buraxılışı həyata keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının, Zəngilan rayonunda Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyevin və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun iştirakı ilə çaylara ümumilikdə 200 000 çəkikimi balıq körpəsi buraxılıb.

"Balıq körpələrinin artırılaraq su hövzələrinə buraxılması Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpası baxımından olduqca əhəmiyyətlidir və bu aksiyalar gələcəkdə də davam edəcək".
 


Bəsitçay və Həkəri çaylarına balıq körpələri buraxıldı - FOTOLARBəsitçay və Həkəri çaylarına balıq körpələri buraxıldı - FOTOLARBəsitçay və Həkəri çaylarına balıq körpələri buraxıldı - FOTOLARBəsitçay və Həkəri çaylarına balıq körpələri buraxıldı - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026