• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Səhhətim pisdir, həkim olsaydı, məni sağaldardı” - Tağı Əhmədov

CƏMİYYƏT

01 Fevral 2022 | 22:50 | Müəllif: Subhan Mahmudov

“Səhhətim pisdir, həkim olsaydı, məni sağaldardı” - Tağı Əhmədov

"1,5 ildən artıqdır ki, ayaqlarım tutulub".

Bakıvaxtı.az xəbər verir ki, bunu "Qaynarinfo"ya açıqlamasında "Bakı metropoliteni"nin sabiq rəisi Tağı Əhmədov deyib.

Keçmiş rəis səhhətinin çox pis olduğunu bildirib:

"İlyarımdır yeriyə bilmirəm. Bilmirəm, nəyə görə bu xəstəliyə tutuldum. Xəstəliyimin konkret diaqnozu "Miyelit"dir (onurğa-beyin iltihabı)".

Tağı Əhmədov vurğulayıb ki, xaricdən Bakıya yenicə qayıdıb:

"Bir ildir Türkiyədə müalicə olunurdum. Almaniyaya da getdim. Xeyri yoxdur. Həkim olsaydı, məni sağaldardı. Həkim yoxdur. Olsaydı, konkret müalicəmi deyərdi".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026