• Bakı 15° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

21 yaşlı qızı oğurlayan ata və oğlu barədə QƏRAR VERİLDİ

CƏMİYYƏT

03 Mart 2022 | 18:54 | Müəllif: Subhan Mahmudov

21 yaşlı qızı oğurlayan ata və oğlu barədə QƏRAR VERİLDİ

Məhkəmə Göyçayda 21 yaşlı qızı oğurlayan ata və oğlu barədə qərar verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisədə təqsirləndirilən Feyruz Əliyev və atası Mahmud Əliyev məhkəmə qarşısına çıxarılıb.

Göyçay rayon Məhkəməsinin qərarı ilə Feyruz Əliyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Atası barəsində isə ev dustaqlığı qərarı verilib.

Xatırladaq ki, hadisə füvralın 26-da səhər saat 08:30 radələrində Göyçay rayonunun Ulaşlı Şıxlı kəndi ərazisində baş verib.

Kənd sakinləri - Feyruz Əliyev, atası Mahmud Əliyev və anası Yeganə Əliyeva həmkəndliləri olan 21 yaşlı qızı oğurlayaraq həyətlərindəki tövlədə saxlayıb. Ailə qızın əllərini və ağzını bağlayaraq ona işgəncə verib.

Faktla bağlı Göyçay rayon Polis şöbəsində istintaq bölməsində cinayət işi başlanıb, F. Əliyev və M. Əliyev şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb ediliblər.(trend)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026