• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

İftarda bu qidaları birlikdə yemək olmaz - Dietoloqdan XƏBƏRDARLIQ

CƏMİYYƏT

02 Aprel 2022 | 18:51 | Müəllif: Qalib İbrahimoğlu

İftarda bu qidaları birlikdə yemək olmaz - Dietoloqdan XƏBƏRDARLIQ

Orucluq orqanizm üçün çox faydalıdır. Çünki oruc tutmaq il ərzində mədə-bağırsağımızda toplanan toksin, ağrımetallar, zərərli bakteriyalardan təmizləyir. Yəni, Ramazan orqanizmin təmizlənmə ayıdır. Bu baxımdan da orucluq bir çox xəstəliklərə qarşı çox effektlidir.

Həmçinin bu ay zamanı düzgün qidalanmanın rolu çox böyükdür. Ramazan ayında sağlam qidalanma qrafiki necə olmalıdır?

Dietoloq Ofeliya Tahirova Bakıvaxtı.az-a bildirib ki, qazlı, şirəli içkilərdən, un məmulatlarından hazırlnan şirniyyatlardan, “Fast Food”lardan uzaq durmaq lazımdır: “İmsakda daha yüngül, rahat şəkildə həzm oluna bilən qidalara üstünlük vermək laızmdır. Zülal tərkibli qidalar məsləhətlidir. Çünki onlar uzun zaman kəsiyində bizim tox qalmağımıza kömək edir. Həmçinin zülal tərkibli qidalar sussuzluğun qarşısını alır. İmsakda əsasən yumurtadan istifadə etmək məsləhətlidir. Yumurtanı omlet, kükü kimi fərqli formalarda hazırlamaq olar. Yanında tərəvəz mütləq şəkildə olmalıdır".

Onun sözlərinə görə, həmçinin duzsuz pendir, zeytun, kəsmik və süd məshullarından istifadə etmək olar. İmsaka başlamadan öncə ilıq su içmək lazımdır: "Təxminən 10 dəqiqə sonra imsak etməyimiz məqsədəuyğundur. İmsakı bitirdikdən 10 dəqiqə sonra yenə bol maye qəbul etmək lazımdır”.

Dietoloq qeyd edib ki, orucu açarkən ilıq sudan istifadə edilməlidir: “Təxminən 10-15 dəqiqə sonra ana yeməklərə keçmək olar. Xurmadan da 2-3 ədəd olmaq şərtilə istifadə məqsədəuyğundur. İftarda ilk öncə sulu yeməklərə üstünlük verilməlidir. Bura əsasən tərəvəz şorbalarını, dovğa, ayran aiddir. Yeməkləri fasiləli şəkildə yemək lazımdır. Sulu yeməkdən sonra, ətli xörəklərə üstünlük vermək lazımdır. Quş, mal, balıq ətindən istifadə məsləhətlidir. Lakin üçünü də birlikdə deyil, ayrı-ayrı günlərdə yemək lazımdır. İftardan 1 saat sonra bitki çayı içmək məsləhətlidir. Çünki bitki çayı anti-aksedan tərkibli olur və toksinatıcı qüvvəyə malikdir. Burda yaşıl çay, itburnu çayı, çobanyastığı və melisa çayından istifadə məqsədəuyğundur”.

O.Tahirovanın sözlərinə görə, yeməyi dayandırdıqdan sonra, yatana qədər ancaq maye qəbul etmək lazımdır: “Orucluq zamanı qızardılmış və yağlı yeməklərlə qidalanmaq olmaz. Çünki bu kimi yeməklər aclıq hissi yaradır. Həmçinin çörəkdən imtina etmək vacibdir. Çünki çörəkdən istifadə də insanı acdırır”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026