• Bakı 15° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Azərbaycan quru sərhədlərini açır? - Ehtiyac var, amma...

CƏMİYYƏT

02 May 2022 | 11:52 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycan quru sərhədlərini açır? - Ehtiyac var, amma...

Xəbər verdiyimiz kimi, mayın 1-dən Azərbaycanda qapalı məkanlarda maska tələbi ləğv edilib. Hər kəsi ən çox düşündürən digər məsələ isə quru sərhədlərin nə vaxt açılmasıdır.

Bu barədə Bakıvaxtı.az-a danışan deputat Cavid Osmanov bildirib ki, maska tələbi ləğv olunsa da, pandemiya hələ bitmərib: “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargah tərəfindən ölkəmizdə epidemioloji vəziyyət nəzərə alınaraq, tibbi maska tələbi may ayının 1-dən ləğv olundu. Əlbəttə ki, eyni zamanda ekspertlərin bildirdiyi fikrə görə, daha çox insanın toplaşdığı məkanlarda tibbi maska tələbi ləğv olunsa da, istifadə olunması, sosial məsafənin gözlənilməsi tövsiyə edilir. Pandemiya hələ ki, davam edir, sona çatmayıb. Əlbəttə ki, insanları narahat edən məsələlərdən biri də quru sərhədlərin açılmasıdır”.

Millət vəkili qeyd edib ki, ölkədə epidemioloji vəziyyət nəzərə alınır, ekspertlərin rəyləri müzakirə olunur, daha sonra yekun qərar verilir: “Bu günə kimi pandemiyaya qarşı ölkədə görülən tədbirlər Azərbaycan dövləti tərəfindən çox yüksək səviyyədə, peşəkarlıqla həyata keçirilib. Bu tədbirlərin nəticəsi onu göstərdi ki, Azərbaycan dövlətinin yürütdüyü siyasətin mərkəzində insan, vətəndaş amili dayanır".

C.Osmanov qeyd edib ki, bu günə kimi verilən bütün qərarlar öz effektini göstərib. Bunan sonra da təkcə ölkə daxilində deyil, Azərbaycanla quru sərhədləri olan ölkələrdəki vəziyyət də nəzərə alınacaq: "Vəziyyət tam sabitləşdikdən sonra yəqin ki, Operativ Qərargah tərəfindən quru sərhədlərin də açılması ilə bağlı qərar qəbul olunacaq. Biz yaxşı başa düşürük ki, quru yolların açılmasına müəyyən dərəcədə ehtiyac var. Həm qonşu ölkələrə gedib-gəlmək, həm də ticarət əlaqələrinin davam etməsi üçün. Amma eyni zamanda, hamı bilməlidir ki, epidemioloji vəziyyət ciddi nəzərə alınmalı və elə qərar qəbul olunmalıdır”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026