• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Azərbaycan uşaqların sayına görə regionda seçilən dövlətdir"

CƏMİYYƏT

01 Iyun 2022 | 11:18 | Müəllif: Qalib İbrahimoğlu

"Azərbaycan uşaqların sayına görə regionda seçilən dövlətdir"

"Azərbaycan uşaqların sayına görə regionda seçilən dövlətlərdəndir".

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, ölkəmizdə 14 yaşınadək uşaqların sayı 2 milyon 260 min nəfərdir. 17 yaşadək isə Azərbaycanda 2 milyon 634 min uşaq yaşayır. 

Deputat deyib ki, Azərbaycan təbii artım səviyyəsinə görə də fərqlənir: “Pandemiyadan öncəki il təbii artım 7.3 faiz olub. 2020-ci ildə isə savaş və pandemiya səbəbindən bu rəqəm 3.6 faizədək azalıb. Bununla yanaşı, Azərbaycan əhalinin yaş strukurunda uşaq və gənclərin sayına görə regionda öndə olan dövlətlərdəndir. I və II Qarabağ müharibəsində həlak olmuş bütün uşaqlarımızın xatirəsini dərin ehtiramla yad edir, övladlarımızın azad və təhlükəsiz şəraitdə yaşamaqlarını arzulayıram!”

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026