İmişli Regional Ədliyyə İdarəsi tərəfindən Saatlı rayonunda yurisdiksiya üzrə yerli ədliyyə qurumlarının kollektivi ilə müşavirə keçirilib.
Bakıvaxtı.az xəbər verir kİ, tədbiri giriş sözü ilə açan Regional idarənin rəisi İsgəndər Orucov Saatlı rayonu icra və probasiya şöbəsinin, Saatlı rayonu Qeydiyyat şöbəsinin, Saatlı rayonu notariat ofisinin kollektivini salamlayaraq, pandemiya qaydalarının yüngülləşməsindən sonra bu iclasın keçirilməsinin önəmli olduğunu qeyd edib. Müşavirədə öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli sərəncamı ilə 2022-ci ilin “Şuşa ili” elan edilməsi ilə bağlı məsələyə toxunulub, ölkə ərazisində bütün dövlət və özəl qurumlarla yanaşı Ədliyyə Nazirliyi tərəfindən də müvafiq işlərin görüldüyü bildirilib. Hər kəsin bu istiqamətdə səlahiyyətləri çərçivəsində dövlət səviyyəsində görülən işlərə dəstək verməsinin zəruriliyi vurğulanıb.
Eyni zamanda, iclasda ölkə başçısının tələb və tapşırıqlarına uyğun olaraq insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların, xüsusilə Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına həssaslıqla yanaşması ilə əlaqədar xidmət göstərilən sahələr üzrə peşəkarlıq nümayiş etdirilməsinin önəmi qeyd olunub.
Daha sonra Ədliyyə Nazirliyinin 19.04.2022-ci il tarixli qərarı ilə yeni qəbul edilmiş “Regional ədliyyə idarələri haqqında Əsasnamə”si müzakirə edilib, regional idarə tərəfindən yurisdiksiya üzrə yerli ədliyyə qurumları ilə işin təşkili zamanı qarşıda duran məsələlərin həll edilməsi məqsədilə daha çox səylə çalışılmalı olduğu bildirilib.
Eyni zamanda, əmək və icra intizamı, vətəndaşların müraciətlərinə vaxtında, o cümlədən əsaslı cavab verilməsi və ünsiyyət zamanı etik davranış qaydaları ilə bağlı Nazirliyin rəhbərliyinin göstəriş və tapşırıqırına, həmçinin qanunvericiliyin tələblərinə əməl olunması bir daha diqqətə çatdırılıb.
Sonda tədbir iştirikçılarının sualları cavablandırılıb və səsləndirilmiş təkliflərə baxılacağı bildirilib.
Nuranə Daxilqızı


%20(1)jpg-1656652900.jpg)
jpg-1656652879.jpg)
jpg-1656652881.jpg)














