• Bakı C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Qan damarları vasitəsilə beyin implantı keçi beyninə yerləşdirilib

CƏMİYYƏT

01 Iyul 2022 | 03:00

Qan damarları vasitəsilə beyin implantı keçi beyninə yerləşdirilib

Beyin implantının beyinə yerləşdirilməsi cərrahiyyə əməliyyatının keçirilməsini tələb edir və bu cür əməliyyat pasientin səhhəti və sağlamlığı üçün ciddi risk deməkdir.

Bakıvaxtı.az-ın məlumatına görə, eyni zamanda elm və mühəndislik sahəsi elə bir istiqamətdə gedir ki, səhiyyə sahəsi və hətta kompüterlərlə qarşılıqlı əlaqə prosesi də beyin implantlarının irimiqyaslı şəkildə insan beyninə inteqrasiyasını tələb edəcəklər. Bu vəziyyətdən çıxış yolu isə kəllə sümüyü üzərində cərrahiyyə əməliyyatı keçirtmədən beyin sensorlarının qan damarları vasitəsilə inteqrasiyası texnologiyaları ola bilər. Bu ilin fevral ayında İlon Maskın Neuralink şirkəti ciddi tənqidlə qarşılaşmışdı. Belə ki, şirkət heyvanlara qarşı qəddarlıqda günahlandırılmışdı. Buna səbəb isə Musk-ın bəyanatı olmuşdu.

 Mask bildirmişdi ki, şirkətin beyin implantları ilə bağlı təcrübələrində iştirak etmiş 8 meymunun həyatına məcburi şəkildə son qoymaq lazımdır. Heç istisna deyil ki, bu cür nəticəyə səbəb şirkət tərəfindən meymunlar üzərində keçirilmiş cərrahiyyə əməliyyatları olub. Cərrahiyyə əməliyyatına alternativ kimi beyin implantlarının qan damarları vasitəsilə inteqrasiyası ola bilər. Bu məsələdə Nyu-York-un Synchron adlı şirkəti böyük təcrübəyə sahibdir. Belə ki, sözügedən şirkət artıq bir neçə pasientin beyninə xüsusi beyin implantını qan damarları vasitəsilə yerləşdirib. Bu proses çərçivəsində beyin implantı boyun hissədən qan damarına daxil edilir. Daha sonra isə implant qan axını vasitəsilə beyindəki təyinat nöqtəsinə çatır.

Məlumata əsasən bu cür beyin implantları neyrodegenerativ xəstəliklərə sahib pasientlərə fikir gücü vasitəsilə kompüterdən istifadə etməkdə yardımçı olurlar. Beyin implantlarının bu üsul ilə inteqrasiyasını artıq çinli mütəxəssislər də reallaşdırmağa başlayıblar (technote.az). Çinin şimalinda yerləşən Tyantszin adlı liman şəhərinin Nankay Universitetinin alimləri elan ediblər ki, onlar keçən həftə qan damarları vasitəsilə keçi beyninə beyin implantı yerləşdiriblər və həmin implant vasitəsilə heyvan beynindən aydın və güclü elektrik siqnalı qəbul edilib. “Beyin implantının bu üsul ilə yerləşdirilməsinin əsas üstünlüyü ondan ibarətdir ki, beynin generasiya etdiyi elektrik siqnallarının əldə edilməsi üçün beyin üzərində cərrahiyyə əməliyyatını keçirtməyə ehtiyac qalmır” - deyə Nankay Unversitetinin aparıcı tədqiqatçısı Duan Feng qeyd edib.


SON XƏBƏRLƏR