Bu gün saat 08:00-a olan müşahidəyə əsasən Kür çayında suyun səviyyəsi 353 sm təşkil edib.
Bakıvaxtı.az bildirir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, bu barədə Kür Qıraqkəsəmən məntəqəsindən verilən son məlumatda bildirilib.
Qeyd edilib ki, bu göstərici dünən səhər saat 08:00-da aparılan müşahidə ilə müqayisədə 36 sm azdır.
















